Region
İrəvan meriyası qarşısında kütləvi dava: Müxalifət hakimiyyəti ittiham etdi
Ermənistanın paytaxtı İrəvanda iyunun 23-də meriya binasının qarşısında müxalifətlə hakimiyyət tərəfdarları arasında kütləvi dava baş verib.
Publika.az xəbər verir ki, insident zamanı “Ana Ermənistan” fraksiyasının deputatı Sarkis Ter-Yesayan üz nahiyəsindən xəsarət alıb.
Deputat jurnalistlərə açıqlamasında hadisəni təxribat adlandıraraq qarşı tərəfi hücumda ittiham edib.
“Onlar kaftar sürüsü kimi üzərimizə hücum etdilər”, - deyə o bildirib.
Ter-Yesayanın sözlərinə görə, təxminən yüz nəfər, o cümlədən mühafizə əməkdaşları müxalifətin üç nümayəndəsinə qarşı zor tətbiq edib.
O, həmçinin partiya yoldaşı Andranik Tevanyan barədə səsləndirilən ittihamları rədd edərək, “Tevanyan təmizdir, o satqın deyil” ifadəsini işlədib.
Müxalifətçi siyasətçi qeyd edib ki, xalqın verdiyi mandat əsasında şəhər şurasının iclaslarında iştirak etməyə davam edəcəklər.
Ter-Yesayan əlavə edib ki, seçkilər zamanı pozuntular baş verib, “Ana Ermənistan” blokunun səsləri oğurlanıb və bir çox seçki məntəqəsində nəticələr etibarsız sayılıb.
Adəm
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








