Region
Ermənistan hökumətinin tərkibi dəyişəcək? - Paşinyan açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə heç bir kadr dəyişikliyi etmək niyyətində olmadığını açıqlayıb.
Publika.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə bildirib.
“Hökumətdə heç bir dəyişiklik planlaşdırmıram. Hökumət üzvləri -baş nazirin müavinləri və nazirlər - yenidən təyin olunacaqlar. Müəyyən dəyişikliklər digər səviyyələrdə də baş verəcək”, - Paşinyan deyib.
Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçirilib. Rəsmi nəticələrə görə, Milli Məclisə üç siyasi qüvvə daxil olub: “Mülkü Müqavilə” Partiyası səslərin 49,7456%-ni (726.819 səs), “Güclü Ermənistan” bloku 23,2710% (340.060 səs) və “Ermənistan” bloku 9,9231% (144.983 səs) toplayıb.
Yeni parlamentdə “Mülkü Müqavilə” Partiyası 64, “Güclü Ermənistan” bloku 29 və “Ermənistan” bloku 12 yer alıb. Beləliklə, hakim partiya parlament çoxluğunu qoruyub saxlayıb, lakin ölkənin Əsas Qanununu birtərəfli şəkildə dəyişdirmək üçün lazım olan konstitusiya çoxluğuna malik olmayacaq.
Müəllif: Tural
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək


















.jpg)
















