Region
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
Texniki problemlər istisna olmaqla, bu il TRIPP (Zəngəzur dəhlizi) layihəsinə üzrə tikinti işlərinə başlamağı planlaşdırırıq.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 25-də keçirdiyi brifinqdə Ermənistanın genişmiqyaslı TRIPP infrastruktur layihəsinə inteqrasiyası ilə bağlı şərhində bildirib.
O, hazırda ixtisaslaşmış qrupların birbaşa yerində mühəndislik tədqiqatları apardığı aktiv və hərtərəfli iş prosesinin davam etdiyini vurğulayıb.
“Proses, potensial rabitə marşrutlarının, nəqliyyat qovşaqlarının və elektrik xətlərinin yerində yoxlanılması ilə başlayır. Hazırda müxtəlif mühəndislik, dizayn, layihə, maliyyə və logistika məsələləri demək olar ki, həftəlik, bəlkə də gündəlik müzakirə olunur", - deyə Baş nazir bildirib.
Nikol Paşinyan vurğulayıb ki, bu strateji logistika dəhlizinin inkişafı hazırda hökumət səviyyəsində heç bir maneə ilə üzləşmir.
"Siyasi və ya maliyyə baxımından heç bir maneə yoxdur, lakin sırf texniki və təşkilati məsələlər yarana bilər", - deyə Paşinyan əlavə edib.
Müəllif: Tural
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək


















.jpg)
















