Region
Ermənistan Rusiya sərhədçiləri ilə bağlı iddialara nöqtə qoydu
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Rusiya sərhədçilərinin fəaliyyəti ilə bağlı yayılan iddialara münasibət bildirib və onların hərəkətlərinin qanunauyğun olduğunu təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti NEWS.am-ın sorğusuna cavabında məlumat verib.
Xatırladaq ki, iyunun əvvəlində sosial şəbəkələrdə Rusiya sərhədçilərinin Sünik vilayətinin Nrnadzor kəndinə bir qrup şəxsin girişinə qanunsuz şəkildə mane olduğu barədə məlumatlar yayılmışdı. “Facebook” paylaşımlarında iddia olunurdu ki, iyunun 7-də keçirilən seçkilər ərəfəsində Avropa ölkələrinin və Ermənistanın bir qrup vətəndaşının kəndə daxil olmasına icazə verilməyib.
Məlumatlarda giriş qadağasının səbəbi kimi həmin şəxslərin yerli qeydiyyatının və ya xüsusi buraxılış sənədinin olmaması göstərilib.
Məsələyə aydınlıq gətirən Ermənistan MTX bildirib ki, ölkə hökumətinin 12 may 2011-ci il tarixli 735-Ն saylı qərarına əsasən, sərhədyanı zonalara vətəndaşların və nəqliyyat vasitələrinin daxil olması yalnız şəxsiyyəti təsdiq edən sənədlər və fərdi və ya qrup halında verilən buraxılış əsasında mümkündür.
Qurum qeyd edib ki, həmin qərarla buraxılış və icazələrin verilməsi qaydaları da müəyyənləşdirilib və bu səbəbdən sərhədçilərin hərəkətlərində pozuntu aşkarlanmayıb.
Adəm
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək


















.jpg)
















