İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
Bizi izləyin

Region

İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır

İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır

Universal icbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanın ambulator klinikalarında çalışan bəzi mütəxəssislər 1 milyon dramdan (2700 dollar) çox maaş alırlar.

Publika.az xəbər verir ki, bunu səhiyyə naziri Anait Avanesyan icbari tibbi sığorta sisteminin altı aylıq nəticələrini təqdim etdiyi mətbuat konfransında açıqlayıb.

Qeyd etmək lazımdır ki, universal icbari tibbi sığorta sisteminin tətbiqindən sonra ambulator klinikalarda çalışan tibb işçiləri arasında narazılıq dalğası yarandı. Onlar əvvəllər sabit olan aylıq maaşlarının indi 14.000 və ya, məsələn, 22.000 drama düşdüyünü qeyd etdilər. Bu, onların gördüyü iş və qəbul və müalicə etdikləri xəstələrin sayı ilə bağlı idi.

“İlk iki ay ərzində yeni sistem daxilində işləmək səhiyyə işçiləri üçün qeyri-adi idi. Onların xidmət göstərdikləri xəstələr haqqında məlumatları daxil edə bilməsi bir az vaxt apardı. Hazırda kifayət qədər əmək haqqı bonuslarımız var. Bu, bizim ən yüksək gözləntimiz deyil, lakin təkcə ilkin tibbi yardımda sığortanın tətbiqi nəticəsində orta əmək haqqının 30-40% artımını müşahidə etmişik. Əgər həkim gün ərzində tibbi yardım göstərmirsə və xəstələri qəbul etmirsə, maaş almaqda çətinlik çəkirlər. Ağır iş yükü olan bütün yüksək ixtisaslı həkimlərimizin maaşları xeyli artıb. Ambulator klinikalarımızda 1 milyon dramdan (2700 dollar) çox qazanan mütəxəssislərimiz var”, - deyə Avanesyan bildirib.

Onun sözlərinə görə, əvvəllər yığılmış borclar səbəbindən hələ də maliyyə çətinlikləri yaşayan bəzi ilkin tibbi yardım müəssisələri var. Bu klinikalar hazırda işçilərinə sonradan əlavə maaş ödəmək üçün borclarını ödəyirlər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm