Region
Papuaşvili: Azərbaycan-Ermənistan sülh prosesi region üçün yeni imkanlar yaradır
Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar region üçün ümidverici hesab olunur.
Publika.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, hazırda region ticarət, nəqliyyat, enerji və rəqəmsal əlaqəlilik mərkəzi kimi rolunu gücləndirmək üçün böyük potensiala malikdir.
“Əməkdaşlığın daha da möhkəmlənməsi üçün bu dövrə yalnız çağırışlar prizmasından deyil, həm də yeni imkanlar baxımından yanaşmalıyıq”, - deyə Papuaşvili qeyd edib.
Gürcüstan parlamentinin sədri əlavə edib ki, bu ayın əvvəlində tam istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional əməkdaşlığın uğurlu nümunəsidir.
Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsi olan bu xətt regionun inkişafına ortaq töhfənin və qarşılıqlı faydalı əməkdaşlığın bariz göstəricisidir.
Adəm
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək


















.jpg)
















