Region
Qalibafdan MÜHARİBƏ MESAJI - “Hərbi əməliyyatlara keçməyə hazırıq”
"Tehran əldə olunmuş razılaşmaların praktiki icrasında israr edir, lakin hərbi ssenari ehtimalını da istisna etmir".
Publika.az "RİA Novosti"yə istinadal xəbər verir ki, bunu İran parlamentinin spikeri və Vaşinqtonla dialoqda danışıqlar qrupunun rəhbəri Məhəmməd-Bağır Qalibaf bildirib
"Biz dialoq aparırıq və memorandumun icrasında israr edirik. Əgər Amerika tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, biz hərbi əməliyyatlara keçməyə hazırıq", - deyə o qeyd edib.
Siyasətçi vurğulayıb ki, İran imzalanmış sazişlərin konkret şəkildə yerinə yetirilməsini hədəfləyib. Memorandumun müddəaları yerinə yetirilməyəcəyi təqdirdə, Tehran nüvə proqramı ilə bağlı sonrakı addımlardan imtina edəcək və danışıqların növbəti mərhələsinə keçməyəcək. Qalibaf həmçinin ABŞ-ı "sözünün üstündə durmayan və ilk fürsətdə İrana qarşı hərəkətə keçəcək rəqib" adlandırıb.
ABŞ və İran cümə günü, iyunun 19-da anlaşma memorandumu imzalayıblar. Sövdələşmə çərçivəsində Amerika Maliyyə Nazirliyinin rəhbərliyi İran neftinin hasilatına, tədarükünə və satışına icazə verən ümumi lisenziya verib. Sanksiyaların müvəqqəti yumşaldılması avqustun 21-dək qüvvədə olacaq.
Hüseyn İbadlı
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















