Region
Qonşumuz vergi ödəyənlərinə xüsusi imtiyaz verdi: Kredit daha sərfəli olacaq
Ermənistanda vicdanlı və nümunəvi fəaliyyət göstərən biznes subyektlərinə vergi xidməti tərəfindən xüsusi dəstək rejimi tətbiq olunacaq.
Publika.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan layihə parlamentin iqtisadi məsələlər komissiyasında ikinci oxunuşda təsdiqlənib və yekun qəbul üçün plenar iclasa göndərilib.
Layihəni təqdim edən Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Hamlet Saakyan bildirib ki, vergi ödəyicisi kimi nümunəvi davranış nümayiş etdirən müəssisələrə vergi xidmətinin mütəxəssisləri təhkim olunacaq. Bu mütəxəssislər zərurət yarandıqda mürəkkəb məsələlər üzrə şirkətlərə məsləhət xidməti göstərəcəklər.
Yeni qaydalara əsasən, belə şirkətlər üçün vergi yoxlamalarının keçirilmə ehtimalı da 20 faiz azaldılacaq. Risk hesablanarkən həmin müəssisələrə endirici əmsal tətbiq ediləcək.
Bundan əlavə, nümunəvi vergi ödəyicisi sertifikatlarının hər 12 aydan bir yenilənməsi tələbi ləğv ediləcək. Sertifikatlar müddətsiz veriləcək, lakin pozuntu hallarında geri alına biləcək.
Məlumata görə, Dövlət Gəlirləri Komitəsi Mərkəzi Bank və ölkənin bankları ilə də müzakirələr aparıb. Məqsəd bu kateqoriyadan olan şirkətlər üçün kredit risklərinin daha aşağı qiymətləndirilməsi və onların daha sərfəli şərtlərlə kredit əldə etməsinə şərait yaratmaqdır.
Müəllif: Adəm
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















