Region
Xameneinin vida mərasimində yüzlərlə məhbus azad ediləcək
İranda ölkənin həlak olmuş ali lideri Ayətullah Əli Xamenei ilə vida mərasimləri günlərində ən azı 850 məhbusun əfv olunması barədə qərar qəbul edilib.
Publika.az xəbər verir ki, bu barədə İranın Pul Kompensasiyalarının Ödənilməsi üzrə Xalq Qərargahının Himayədarlar Şurasının sədri Seyid Əsədulla Culayi məlumat verib.
Onun sözlərinə görə, ölkənin bütün 31 vilayətindən daxil olan işlərə baxılıb və xüsusi iclasın yekununda azadlığa buraxılacaq şəxslərin siyahısı təsdiqlənib.
Bildirilib ki, əfv edilənlər arasında maliyyə öhdəliklərinə görə həbs olunan 520 nəfər, həmçinin nikah müqavilələri və aliment ödənişləri ilə bağlı məhkum edilmiş 330 nəfər var. Məlumata görə, söhbət əsasən qəsdən törədilməyən və yüngül xarakterli hüquq pozuntularından gedir.
Əli Xamenei ilə vida mərasimləri iyulun 3-dən Tehran şəhərində başlayacaq. Tədbirlərdə 30-dan çox ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.
İyulun 4-5-də mərhum liderin cənazəsi Mosalla Tehran kompleksində yerləşdiriləcək və vətəndaşlar onunla vidalaşa biləcəklər. İyulun 6-da Tehranda matəm yürüşü keçiriləcək, daha sonra cənazə İranın əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq.
Dəfn mərasiminin iyulun 9-da Xameneinin doğulduğu Məşhəd şəhərində keçirilməsi planlaşdırılır.
Adəm
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















