Region
Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
Ermənistanın Sənayeçilər və Sahibkarlar İttifaqının nümayəndə heyəti Türkiyənin Van şəhərinə səfər edib və tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, sərhədin açılması və iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Publika.az xəbər verir ki, görüş “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək: sərhədyanı əlaqələrin gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib.
İttifaq sədrinin müavini Artur Kazaryan bildirib ki, təşkilat uzun illərdir Ankara ilə İrəvan arasında münasibətlərin yaxşılaşdırılması və ticarətin inkişafı istiqamətində fəaliyyət göstərir.
Onun sözlərinə görə, hazırda əsas hədəflərdən biri sərhəd-keçid məntəqələrinin açılması və iki ölkə arasında birbaşa əlaqələrin qurulmasıdır.
Kazaryan qeyd edib ki, sentyabr ayında İrəvanda Türkiyənin Van, Qars və İğdır bölgələrindən nümayəndələrin iştirakı ilə görüş planlaşdırılır. O bildirib ki, tədbirin simvolik hissəsi kimi iştirakçıların Alican sərhəd-keçid məntəqəsindən keçməsi nəzərdə tutulur və ilk keçənlərin biznes nümayəndələri olması təklif edilir.
Məlumata görə, Ermənistan nümayəndə heyəti Van tərəfinə cavab səfəri üçün dəvət də təqdim edib.
Van Ticarət və Sənaye Palatasının sədri Nejdət Takvan isə Ermənistanın bölgə üçün vacib bazarlardan biri olduğunu deyərək, iki ölkə arasında ticarət və əlaqələrin genişləndirilməsinə hazır olduqlarını bildirib.
Müəllif: Adəm
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
































.jpg)



