Region
Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
Ermənistan Sənayeçilər və İş Adamları Birliyinin rəhbərləri və erməni iş adamları Van Ticarət və Sənaye Palatasını ziyarət etdilər.
Publika.az xəbər verir ki, səfər “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək: Sərhədlərarası əlaqələrin gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
Qeyd etmək lazımdır ki, bu, 2019-cu ildə Ermənistanda keçirilən görüşdən bəri ilk qarşılıqlı səfər olub. Tərəflər sərhəd-keçid məntəqəsinin açılması və Van Ticarət və Sənaye Palatasının bu prosesdəki rolunu müzakirə etdilər. Ermənistan Sənayeçilər və Sahibkarlar Birliyinin vitse-prezidenti Artur Kazaryan Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması üçün uzun müddətdir çalışdıqlarını qeyd edib:
“Ermənistan Sənayeçilər və İş Adamları Birliyi olaraq, iki ölkə arasında mövcud problemləri həll etmək və ticarəti inkişaf etdirmək üçün çalışırıq. Fəaliyyətlərimiz və layihələrimiz illərdir davam edir. Bu baxımdan bir çoxları, xüsusən də Ermənistan tərəfindən bizi tənqid ediblər. Lakin biz heç vaxt səylərimizdən əl çəkməmişik, iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq, səfərləri asanlaşdırmaq və ticarəti təşviq etmək üçün böyük səylər göstərmişik".
Onun sözlərinə görə, təşəbbüs iki qonşu ölkə arasında iqtisadi, sosial və mədəni əlaqələri inkişaf etdirməyi hədəfləyir.
Kazaryan həmçinin qeyd edib ki, tərəflər müsbət nəticələr əldə etmək üçün vacib bir mərhələni qət ediblər. Hər iki ölkənin liderləri bu münasibətlərə çox isti və müsbət yanaşırlar və sərhəd-keçid məntəqələrinin açılması hələ də gündəmdədir. Onun sözlərinə görə, hazırda görüləsi çox iş var.
“İndi sərhəd-keçid məntəqələrini açmaq və sizinlə birbaşa əlaqə yaratmaqla işləmək istəyirik. Sentyabr ayında sizin iştirakınızla İrəvanda mühüm bir görüş keçirmək istəyirik. Qars, İqdır və Vandan qonaqlar gözləyirik. Ermənistan və Türkiyə Xarici İşlər Nazirlikləri ilə müzakirələr aparırıq. Sentyabr ayında keçiriləcək görüş üçün sizi Əlican sərhəd-keçid məntəqəsində qarşılamaq istərdik. Bu, simvolik bir giriş olacaq. İlk girişi iş adamları edəcək”, - deyə Kazaryan vurğulayıb.
Kazaryan rəsmi olaraq Türkiyə işgüzar dairələrini sentyabr ayında Ermənistanda keçiriləcək böyük biznes forumuna dəvət edib. Van Ticarət və Sənaye Palatasının prezidenti Necdet Takvan da sənayeçilərin və iş adamlarının dünyanın gələcəyində sülh, rifah və həmrəylik üçün ən vacib aktorlar olacağına inandığını bildirib.
“Tarixi əməkdaşlığımız və mədəni irsimiz sayəsində Ermənistan həmişə bizim üçün bazar və əməkdaşlıq imkanlarını inkişaf etdirməli olduğumuz bir ölkə olub. 2014-cü ildən bəri bu perspektivi nəzərə alaraq işləyirik, münasibətləri inkişaf etdiririk, ticarət aparırıq və şərq qonşularımızla səfərləri asanlaşdırırıq”, - Takvan qeyd edib.
Müəllif: Tural
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi



















.jpg)

















