Region
Ursula fon der Lyeyen ermənilərə vəd verdi: Gəlmişəm deyəm ki...
Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen İrəvana səfəri zamanı "Bizə etibar edə bilərsiniz" deyib.
Publika.az xəbər verir ki, o, bu açıqlamanı iyulun 2-də Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə verib.
7 iyun seçkilərinin qaliblərini təbrik edən Lyeyen bildirib ki, bu seçkilər bir daha Ermənistanda demokratiyanın gücünü və inqilab ruhunun canlı və sağlam olduğunu nümayiş etdirib.
"Mən gəlmişəm deyəm ki, bizə etibar edə bilərsiniz. Ermənistan Avropaya daha yaxın olduqda, bütün Cənubi Qafqaz da daha yaxın olur", - deyə Aİ rəsmisi bildirib.
Regional proseslərdən danışarkən o, sülh müqaviləsinin paraflanmasının və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının tarixi əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bunun üçün siyasi iradə və cəsarət tələb olunur, lakin nəticələr təsirli olacaq və regionu həyati bir yol ayrıcına çevirəcək.
Müəllif: Tural
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH















.png)

.jpg)


.jpg)
















