Region
Türkiyə yeni ödəniş sisteminə keçməyi planlaşdırır
Türkiyə Avropa Ödənişlər Şurasına (EPC) məktub göndərərək Avro Ödənişləri Üzrə Vahid Zonaya (SEPA) qoşulmaqda maraqlı olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Aİ-Türkiyə yüksək səviyyəli iqtisadi dialoqunun yekunlarına dair bəyanatda bildirilir.
Sənəddə qeyd olunur ki, "tərəflər razılaşıblar ki, Türkiyənin SEPA-da potensial iştirakı daha sürətli transsərhəd ödənişlərin həyata keçirilməsinə imkan verəcək və Türkiyə ilə Aİ arasında ticarət və investisiyalara təkan verəcək".
Görüşdə Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Şurası İnkişaf Bankının nümayəndələri iştirak ediblər.
May ayında Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlində türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında bildirib ki, Almaniya hökuməti Türkiyənin Avropa İttifaqı ilə daha da yaxınlaşmasını dəstəkləməyə hazırdır. Almaniyalı nazir qeyd edib ki, əgər Türkiyə Avropa İttifaqına daxil olmaq istəsə, Ankara Almaniyanı dost və etibarlı tərəfdaş kimi görəcək.
Hüseyn İbadlı
-
Hadisə19:50Milli Yaylaq Festivalında səhnə aşdı - Xəsarət alanlar var(FOTOLAR)
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."







.jpg)












.jpg)













