Region
Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
SEPAH ölkənin şimal-qərbində həyata keçirilən əməliyyat zamanı diversiya törətmək məqsədilə İran ərazisinə daxil olmağa çalışan silahlı qrupun tamamilə zərərsizləşdirildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, SEPAH-ın “Həmzə Seyid əş-Şühəda” qərargahının bəyanatında bildirilir ki, əməliyyat İran Kürdüstanı Demokrat Partiyası ilə əlaqəli olduğu iddia edilən silahlı dəstənin sərhədi keçərək ölkə ərazilərinə daxil olmasından sonra həyata keçirilib.
Məlumata əsasən, qrup kəşfiyyat tədbirləri nəticəsində müəyyən olunub və sonradan İran qüvvələrinin təşkil etdiyi pusquya düşüb. Hadisə Piranşəhr şəhəri yaxınlığındakı dağlıq ərazidə atəş dəstəyi ilə keçirilən əməliyyat zamanı baş verib.
SEPAH-ın məlumatına görə, beş nəfərdən ibarət qrupun bütün üzvləri öldürülüb. Əməliyyat zamanı onların silah və sursatı da müsadirə edilib.
Qurum bəyan edib ki, İranın şimal-qərb sərhədlərində təhlükəsizliyi pozmağa yönələn istənilən cəhd bundan sonra da qətiyyətlə qarşısı alınacaq. (Globalinfo.az)
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH















.png)

.jpg)


.jpg)
















