Serdar Kılıç Rubinyanı təbrik etdi, İrəvanda ara qarışdı – O, Türkiyədə təhsil alıb?
Bizi izləyin

Region

Serdar Kılıç Rubinyanı təbrik etdi, İrəvanda ara qarışdı – O, Türkiyədə təhsil alıb?

Serdar Kılıç Rubinyanı təbrik etdi, İrəvanda ara qarışdı – O, Türkiyədə təhsil alıb?

Rusiyadan və başqa yerlərdən də təbriklər aldım. Rusiyadan olan həmkarım mənə məktub yazıb təbrik etdi.

Publika.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri postuna namizəd olan Ruben Rubinyan hələ Milli Məclisin sədri seçilməsə də, türkiyəli həmkarı Serdar Kılıç tərəfindən artıq açıq şəkildə təbrik edilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Seçki gecəsi Gürcüstanın Baş naziri Paşinyanı təbrik etdi. Bu o deməkdirmi ki, Nikol Paşinyan Gürcüstan Baş nazirinin əmri ilə seçkilərdə qalib gəlib? Yəni bu cür cəfəngiyatı mütləq demək olar, amma bu, faktlara əsaslanmalıdır, başa düşürsünüz?

Eyni söhbətləri düz beş il əvvəl, Serj Sarkisyanın fraksiyası hakimiyyətə gələndə, mən Milli Məclisin vitse-spikeri vəzifəsinə namizəd olanda eşitmişdim. Onlar geri qayıdıb eyni axmaq sualları verməyə başladılar. Bəs Serj Sarkisyanın fraksiyası indi haradadır? Siyasi baxımdan heç yerdə.

Əgər onlar eyni yolu tutmaq qərarına gəlsələr, “Güclü Ermənistan”ı da eyni şey gözləyir. Mən də belə cəfəngiyat eşitmişəm: Ruben Rubinyan Türkiyə ilə danışıqlar apardığı üçün Milli Məclisin spiker vəzifəsinə namizəd göstərilib - Türkiyəyə qarşı bir jest olaraq. Əvvəlcə bildirmək istərdim ki, Milli Məclisin spiker vəzifəsinə seçilsəm, Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi elçisi olmayacağam. Buna görə də onların sui-qəsd nəzəriyyələrinin təxminən 90%-i dərhal iflasa uğrayır.

İkincisi, bu, Ermənistan xalqına hörmətsizlikdir, çünki respublikadakı bütün vəzifələr, dolayı yolla olsa da, Ermənistan xalqı tərəfindən seçilir. Məsələn, Paşinyanı “Mülkü Müqavilə”yə səs verərək Baş nazir seçən Ermənistan xalqı olub. 2021-ci ildə dolayı yolla Alen Simonyanı Milli Məclisin sədri seçən Ermənistan xalqı olub, çünki onlar “Mülkü Müqavilə”ni seçiblər və “Mülkü Müqavilə” cənab Simonyanı Parlamentin sədri seçib. İndi “Mülkü Müqavilə”yə məni namizəd göstərmək səlahiyyətini verən Ermənistan xalqıdır və əlbəttə ki, Milli Məclis seçərsə, mən onun sədri olacağam”, - deyə Rubinyan bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyədə universitet oxumayıb, Türkiyə diplomu yoxdur və orada heç kim ona dərs deməyib.

“Səkkiz il əvvəl, daha sonra beş il əvvəl cavab verdiyim çoxlu cəfəngiyat eşitmişəm. Deyirlər ki, mən Türkiyədə təhsil almışam və tələbəlik illərimi orada keçirmişəm. Yalan danışırlar: Tələbəlik illərimi əvvəlcə Ermənistanda – İrəvan Dövlət Universitetində oxuyarkən, sonra magistr dərəcəsini alarkən Londonda, daha sonra isə Polşada keçirmişəm”, - deyə Rubinyan qeyd edib və əlavə edib ki, 2016-2017-ci illərdə o, yalnız Türkiyədə Hrant Dink Fondu tərəfindən həyata keçirilən proqramda iştirak edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm