Region
Ankarada Trampın qalacağı otelin qarşısında yanğın
Dünən axşam saatlarında Ankarada Prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin NATO sammiti zamanı qalacağı "JW Marriott" otelinin qarşısındakı binada yanğın baş verib.
Publika.az xəbər verir ki, yanğın tez bir zamanda söndürülüb. Hadisənin səbəbi hələ müəyyən edilməyib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Yerli medianın məlumatına görə, "JW Marriott" otelində otaqların satışı 1 iyuldan 10 iyula qədər dayandırılıb.
NATO-nun Ankara sammiti 7-8 iyul tarixlərində gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək. Sammitin təhlükəsizliyinə 7 min şəxs cəlb olunub. Ankarada 30-dan çox küçə tamamilə bağlanacaq, on əsas magistral yolda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiq ediləcək.
NATO sammitində 32 üzv ölkədən təxminən 6000 rəsmi nümayəndənin və 10 qeyri-üzv dövlətin liderinin iştirakı gözlənilir. Türkiyə paytaxtında 6-12 iyul tarixləri arasında xüsusi rejim qüvvədə olacaq. (Teleqraf)
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH















.png)

.jpg)


.jpg)
















