Region
İran-ABŞ danışıqları - Yeni tarix və məkan açıqlandı
ABŞ və İran arasında iyulun 11-də Pakistanda danışıqlar keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələr zamanı İrana qarşı tətbiq edilən sanksiyalar, dondurulmuş aktivlərin geri qaytarılması və İslam Respublikasının nüvə proqramı ilə bağlı məsələlərin müzakirə olunması planlaşdırılır.
Bundan əvvəl İran nümayəndə heyəti Dohada Qətər və Pakistan təmsilçiləri ilə Tehran və Vaşinqton arasında imzalanmış memorandumun bəndlərinin icrası ilə bağlı iki görüş keçirib. Həmçinin səfər çərçivəsində memorandumun şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək üçün yaradılmış monitorinq qrupunun ilk iclası baş tutub.
İyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təmin etməli və danışıqların yeni mərhələsini başlatmalı olan müvəqqəti anlaşma memorandumu bağlayıblar. 60 gün üçün nəzərdə tutulan bu sənəd hərbi əməliyyatlara son qoyulmasını, Hörmüz boğazında gəmiçiliyin bərpasını və ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvini nəzərdə tutur. Memorandumda, həmçinin sanksiyaların yüngülləşdirilməsi, İranın dondurulmuş aktivlərinin bir hissəsinə çıxış əldə etməsi və nüvə proqramı üzrə danışıqların davam etdirilməsi məsələləri də öz əksini tapıb.
Hüseyn İbadlı
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH













.jpg)




.jpg)

















