Region
Türkiyəni müharibəyə sürükləmək planı: Karlovun qətlinin əsl səbəbi ortaya çıxdı
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli təkcə terror aktı deyil, həm də əvvəlcədən hazırlanmış casusluq əməliyyatı olub.
Publika.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, bu barədə Ankaranın 34-cü Ağır Cinayətlər Məhkəməsi detalları açıqlayıb.
Məhkəmə materiallarında cinayət "siyasi və ya hərbi casusluq" kimi qiymətləndirilib. İstintaqın versiyasına görə, 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra ölkədə terror təşkilatı elan edilən FETÖ Türkiyəni təhlükəsiz olmayan və hətta xarici ölkələrin səfirlərini belə qoruya bilməyən dövlət kimi göstərməyə çalışıb.
İş materiallarında bildirilir ki, Türkiyənin Rusiya ilə yaxınlaşması ölkəni "qlobal güclər"in hədəfinə çevirib. Məhkəmənin qənaətinə görə, məhz bundan sonra FETÖ-yə bağlı qüvvələr Ankara ilə Moskva arasında münasibətləri gərginləşdirmək planını işə salıblar.
Məhkəmə sənədlərində qeyd olunur ki, 15 iyul çevriliş cəhdinin uğursuzluğundan sonra FETÖ Türkiyəni müharibəyə sürükləmək üçün "şeytani planı" həyata keçirməyə başlayıb.
İstintaqın məlumatına əsasən, sui-qəsdin kəşfiyyat hissəsini Rusiya istiqaməti ilə məşğul olan Türkiyə Milli Kəşfiyyat Təşkilatına sızmış FETÖ tərəfdarları hazırlayıb. Onlar Karlov haqqında məxfi məlumatlar toplayaraq onun mühafizəçilərdən istifadə edib-etmədiyini, səfirlikdən nə vaxt çıxdığını və hansı avtomobillərlə hərəkət etdiyini araşdırıblar.
Araşdırma zamanı müəyyən edilib ki, Andrey Karlov Türkiyə tərəfinə əlavə mühafizə ayrılması üçün müraciət etməyib və ev sahibi ölkənin təhlükəsizlik tədbirlərinə etibar edib.
Məhkəmə materiallarında qeyd olunur ki, səfiri qətlə yetirən polis əməkdaşı Mövlud Mert Altıntaş dörd ay ərzində bu cinayətə hazırlanıb. Sənədlərə görə, FETÖ sonradan hadisəyə görə məsuliyyəti radikal silahlı qrupların üzərinə yönəltməyə də cəhd göstərib.
İş üzrə təqsirləndirilən şəxslərdən biri olan Cemal Karaata ABŞ-a qaçdıqdan sonra Kanadaya sığınıb. Məhkəmə materiallarında onun Rusiya xüsusi xidmət orqanlarının hədəfinə çevriləcəyindən ehtiyat etdiyi də qeyd olunub.
Xatırladaq ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışı zamanı çıxış edərkən güllələnərək öldürülüb. O, ölümündən sonra Rusiyanın Qəhrəmanı adına layiq görülüb. 2021-ci ilin martında çıxarılan hökmə əsasən, 5 nəfər ömürlük həbs cəzasına məhkum edilib, 8 nəfərə 5 ildən 15 ilədək həbs cəzası verilib, 6 nəfər isə bəraət alıb. Xaricə qaçan təqsirləndirilən şəxslərlə bağlı iş ayrıca icraata ayrılıb.
Akqabay
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var














.jpg)




















