Region
“Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
Moskva dialoqa açıqdır və gözləyir ki, Fransa Prezidenti Emmanuel Makron niyyətləri barədə növbəti bəyanatından sonra nəhayət ki, Rusiya Prezidenti Vladimir Putinə zəng edəcək.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbua xidmətinin rəhbəri Dmitri Peskov "Die Weltwoche"yə verdiyi müsahibədə bildirib.
O, əlavə edib ki, Rusiya tərəfinin Makron və Almaniyanın federal kansleri Fridrix Merts ilə heç bir gizli təması olmayıb.
İyun ayında məlumat verilmişdi ki, Ukrayna böhranının tənzimlənməsi ilə bağlı Rusiya ilə dialoqun bərpası ehtimalı səbəbindən Avropa İttifaqı yenidən iki düşərgəyə bölünüb. "Politico" qəzeti xəbər verir ki, Fransa və Almaniya Moskva ilə təmasların əleyhinə çıxıblar. Daha əvvəl məlum olmuşdu ki, Avropa Şurasının sədri Antoniu Koşta Kremlə Aİ ilə Rusiya arasında birbaşa əlaqə kanalı yaratmaq xahişi ilə müraciət edib.
Fevral ayında Makron bildirmişdi ki, Putinlə təmaslara hazırlıq texniki səviyyədə aparılır. Fransa lideri qeyd edib ki, buna paralel olaraq Avropalı tərəfdaşlar və Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr aparılır.
Hüseyn İbadlı
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı














.png)



.jpg)







.jpg)









