Region
İrəvanda həbslər davam edir: Areqnaz Manukyan da saxlanıldı
Əvvəllər həbs olunmuş “Ana Ermənistan” Partiyasının lideri Andranik Tevanyanın silahdaşı olan Areqnaz Manukyan (“Çiçəklənən Ermənistan” blokundan parlamentə namizəd olub) saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən “Sputnik Ermənistan”a bildirilib.
İstintaq Komitəsi bildirib ki, "Areqnaz Manukyan cinayət işi üzrə istintaq çərçivəsində saxlanılıb".
Departament əlavə edib ki, onun həbsi üçün məhkəməyə vəsatət təqdim olunacaq.
Daha əvvəl bildirilirdi ki, təhlükəsizlik qüvvələri həmin səhər onun evinə basqın edib.
Xatırladaq ki, iyunun 12-də Ermənistan İstintaq Komitəsinin əməkdaşları Areqnaz Manukyanın mənzilində axtarış aparıblar. İstintaq Komitəsi bildirib ki, istintaq casusluq və dövlətə xəyanət cinayət işinin bir hissəsidir və bu işdə “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyan (“Çiçəklənən Ermənistan” blokundan parlamentə namizədliyini irəli sürülüb) daha əvvəl həbs olunub.
Müəllif: Tural
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)


.jpg)
















