Region
İranın şəhərlərində partlayışlar baş verir
İranın cənubunda yerləşən Buşehr və Çoqadak şəhərləri rayonunda iki partlayış səsi eşidilib.
Publika.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl Buşehr və Çoqadak şəhərləri rayonunda iki partlayış baş verib", - deyə xəbərdə bildirilir.
Agentliyin məlumatına görə, partlayışlar İranın cənubundakı Konarak şəhərində də baş verib.
İyulun 8-də ABŞ prezidenti Donald Tramp NATO sammiti çərçivəsində bəyan edib ki, Vaşinqtonla Tehran arasında atəşkəs artıq qüvvədə deyil. İrana qarşı zərbələrin bərpasından sonra Amerika lideri bu ölkənin rəhbərliyinə qarşı son vaxtlar səslənən ən sərt çıxışlardan birini edib. O, iranlıları "xəstə insanlar" və "cəmiyyətin tullantıları" adlandırıb, həmçinin İslam Respublikasını Yaxın Şərqdə sabitlik naminə aradan qaldırılmalı olan "xərçəng şişi" ilə müqayisə edib. Amerika lideri həmçinin bildirib ki, artıq danışıqlar aparmaqda məna görmür.
Həmin gün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, amerikalı hərbçilər İrana qarşı yeni silsilə zərbələri başa çatdırıblar. Qurum dəqiqləşdirib ki, 80-dən çox hədəf hücuma məruz qalıb. CENTCOM bu zərbələri "İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı son hücumlarına cavab" adlandırıb.
Hüseyn İbadlı
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)


.jpg)
















