Region
Türkiyə NATO-nun müdafiə bankında iştirak edəcək? - Birgə bəyanatı imzalayıb, amma...
Türkiyə NATO-nun Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq imkanını nəzərdən keçirməyə davam edir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, yekun qərar hələ qəbul edilməyib.
Müsahibin sözlərinə görə, Ankara DSRB-nin formalaşması prosesini diqqətlə izləyib və təşəbbüsün işə salınmasından əvvəl Monrealdakı danışıqlarda iştirak edib. Mənbə, həmçinin qeyd edib ki, Türkiyə NATO-nun Ankaradakı sammiti zamanı dərc olunan bankın yaradılması haqqında birgə bəyanatı imzalayıb.
Buna baxmayaraq, aidiyyəti qurumlar arasında aparılan məsləhətləşmələrdən sonra Ankara hələlik bu yeni strukturda iştirakla bağlı öhdəlik götürməyə hazır deyil.
Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankı (DSRB) NATO sammitində təqdim olunan yeni beynəlxalq maliyyə təşəbbüsüdür. Bankın iştirakçı ölkələrin müdafiə, təhlükəsizlik və dayanıqlılığın artırılması sahəsindəki layihələrini maliyyələşdirmək üçün vəsait cəlb edəcəyi gözlənilir. Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür və alyansın müdafiə sənayesi və təhlükəsizlik sahəsindəki birgə layihələrində fəal iştirak edir.
Hüseyn İbadlı
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















