Region
Türk nazirə sui-qəsdə cəhd edənlər saxlanıldılar
Türkiyənin ədliyyə naziri Akın Gürlek və həyat yoldaşına (Elif Gülşah Gürlek) qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 nəfər həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
"Şübhəlilərin evində 2 ədəd sənədsiz silah və 3 milyon 206 min lirə ələ keçirilib", - məlumatda bildirilib.
Məlumatda bəzi şübhəlilərin xaricə bilet almaq və Elif Gülşah Gürlek barəsində bəhs etdikləri bildirilib.
Həmçinin şübhəlilərin Google Xəritələr üzərindən bir məkanı araşdırdıqları, "Süzer Plaza"nın ünvanını qeyd etdikləri və əraziyə gedən yolları öyrəndikləri irəli sürülüb.
Hücum göstərişinin xaricdən gəldiyi iddia olunur.
İstintaq çərçivəsində şübhəlilərin fərqli tarixlərdəki ünvanlarında aparılan axtarışlarda 2 sənədsiz silah, bu silahlara aid patronlar və 3 milyon 206 min TL ($68.236) nağd pulun ələ keçirildiyi açıqlanıb.
Onların barəsində həbs qərarının verilməsi tələb edilib.
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)








.jpg)


















