Region
Ölkədə benzin tapılmır: Ruslar at və velosipedlərə keçdilər
Ukraynanın neft emalı zavodlarına endirdiyi zərbələrdən sonra Rusiyada yanacaq qıtlığı daha da kəskinləşib. Bir sıra bölgələrdə sürücülər yanacaq doldurmaq üçün saatlarla, hətta günlərlə növbədə qalırlar.
Publika.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Bildirilib ki, xüsusilə Zabaykal vilayətinin Çita şəhərində vəziyyət daha ağırdır. Bəzi sürücülər yanacaq almaq üçün 36 saata qədər növbə gözləyirlər. Sosial şəbəkələrdə isə növbədəki yerlərin 35 min rubla satıldığı iddia olunur.
Yanacaq çatışmazlığı səbəbindən bir çox rusiyalı gündəlik həyat tərzini dəyişməyə məcbur qalıb. Bəziləri ictimai nəqliyyata üstünlük verir, digərləri isə velosiped və hətta atlardan istifadə etməyə başlayıb. Bildirilir ki, son həftələrdə Rusiyada atlara və velosipedlərə tələbat kəskin artıb.
Kreml ölkədə sistemli yanacaq qıtlığının olmadığını iddia edir. Rusiya Baş nazirinin müavini Aleksandr Novak problemin yalnız ayrı-ayrı yanacaqdoldurma məntəqələrində müşahidə olunduğunu bildirib və yaranmış vəziyyəti təşviş və möhtəkirliklə əlaqələndirib.
Bununla yanaşı, məlumatlarda qeyd olunur ki, Rusiyada benzin istehsalı mövsümi tələbatın cəmi 65 faizini ödəyir. Yanacaq çatışmazlığının gündəlik həcminin isə 40-45 min ton olduğu bildirilir.
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)








.jpg)


















