Region
Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
Ermənistanda Gümrüdən olan jurnalist Lilit Aqekyan bir il azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Zaruhi Postancyan sosial mediada məlumat verib.
Hakim Varsenik Melkonyanın qərarına əsasən, Aqekyan bir il müddətinə şərti azadlıqdan məhrum edilib. O, icazəsiz yaşayış yerini dəyişə bilməz.
"Ermənistan Cinayət Məcəlləsinin 490-cı maddəsi (hakimə, prokurora və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına hədə-qorxu gəlmək və ya onlar haqqında məlumat yaymaq, yaxud onlara qarşı zorakılıq tətbiq etmək) artıq hakimiyyətin əlində söz azadlığını məhdudlaşdırmaq üçün bir "dəyənəy"ə çevrilib", - Postancyan yazıb.
Vəkilin sözlərinə görə, məhkəmənin qərarı kobud qanun pozuntularına əsaslanır və yuxarı məhkəməyə şikayət ediləcək. Postancyan hesab edir ki, bu cür qərarlar cəmiyyətdə qorxu atmosferi yaradır və jurnalistləri və fəalları susdurmaq məqsədi daşıyır.
Vəkil qeyd edib ki, iş üzrə zərərçəkmiş, Aqekyanın "zibil" adlandırdığı polis məmuru Set Meliksetyandır.
Müəllif: Tural
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)















