Region
Müəmma: Rusiya vətəndaşını İrəvanda səhvən həbs ediblər?
İrəvanın Zvartnots hava limanında həbs edilən Rusiya vətəndaşı Aleksandr Yermakovun qohumları onun üçün vəkil axtarırlar.
Publika.az xəbər verir ki, bu barədə onun qardaşı “RİA Novosti” agentliyinə bildirib.
Dünən, iyulun 16-da TASS agentliyi Aleksandr Yermakovun kompüter fırıldaqçılığı ilə bağlı istintaq çərçivəsində xarici orqanların tələbi ilə saxlanıldığını bildirib.
“Vəkilimiz İrəvana gedib, lakin ona Saşa ilə görüşməyə icazə verilməyib. Hazırda başqa bir vəkil tapmağa çalışırıq. Artıq dostlarımız və tanışlarımız vasitəsilə 5-6 nəfərə zəng etmişik. Axtarış hələ də davam edir”, - deyə Yermakovun qardaşı bildirib.
Omskda anadan olan və ailəsi ilə birlikdə Moskvada yaşayan Aleksandr Yermakov həyat yoldaşı ilə birlikdə Ermənistana tətilə gəlib. Qardaşının sözlərinə görə, Aleksandr İnterpol tərəfindən axtarışda olan, eyni ad və soyadlı, eyni zamanda rus olan və çoxsaylı kiberhücumlarda şübhəli bilinən başqa bir şəxslə səhv salındıqdan sonra İrəvanda həbs edilib.
Qardaşı Aleksandrın axtarışda olan hakerlə heç bir əlaqəsinin olmadığına əmin edib. Rusiyada həmin şəxs əvvəllər Federal Penitensiar Xidmətdə işləyib.
O qeyd edib ki, Aleksandr Yermakovun həbs qərarı onun İrəvan hava limanında həbs olunmasından bir gün əvvəl verilib.
Müəllif: Tural
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar






















.jpg)















