Region
İran Ermənistan güllərini Rusiyaya öz məhsulu kimi göndərirmiş - Üstü açıldı
“Rosselxoznadzor” (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) İrandan Rusiyaya ixrac üçün güllərin sertifikatlaşdırılmasını dayandırmasını istəyib.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, “Rosselxoznadzor” qeyd edib ki, 2026-cı ildə İslam Respublikasından göndərilən məhsulların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çox olub. Sənədlərdə mənşə ölkəsi kimi İran göstərilib. Lakin məhsulların xarici xüsusiyyətləri və qablaşdırılması Ermənistandan göndərilən məhsullarla eyni olub.
Bu arada, 22 maydan etibarən Ermənistandan Rusiyaya gül göndərilməsi qadağan edilib.
Agentlik qeyd edib ki, "Rosselxoznadzor" əvvəllər İranı Ermənistan gül məhsullarına tətbiq edilən müvəqqəti məhdudiyyətlər barədə məlumatlandırıb.
İran tərəfindən cavab verilməməsi səbəbindən, Rusiya və AİB üzv dövlətlərinin ərazilərinin fitosanitar rifahının qorunması və “Rosselxoznadzor” tərəfindən tətbiq edilən qadağa və məhdudiyyətlərə riayət etmək məqsədilə xidmət ikitərəfli danışıqlar aparılana və məsələ aydınlaşdırılana qədər güllərin sertifikatlaşdırılmasının dayandırılmasını xahiş edib.
Qeyd etmək lazımdır ki, “Rosselxoznadzor” may ayından bəri Ermənistandan məhsulların idxalına tədricən məhdudiyyətlər tətbiq edir. Əvvəlcə yoxlamalar balıqçılıq məhsullarını, daha sonra çiçəkləri, tərəvəzləri, göyərtiləri və çiyələkləri əhatə edib. İyunun 2-də məhdudiyyətlər çəyirdəkli meyvələrə və üzümlərə, iyunun 12-də isə konservləşdirilmiş məhsullar istisna olmaqla, Ermənistan mənşəli demək olar ki, bütün bitki məhsullarına şamil edilib.
Müəllif: Tural
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar




















.jpg)

.jpg)















