Region
ABŞ İranın "qızıl qapısı"nı bağladı - Bəndər-Abbas şəhəri ilə əlaqə kəsildi
ABŞ-ı İrana gecə saatlarında endirdiyi zərbələr Bəndər-Abbas şəhərini ölkənin qalan hissəsindən təcrid edib.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti yazır.
Amerika bombardmanları Bəndər-Abbası İranın qalan ərazisi ilə birləşdirən körpüləri və dəmir yolunu məhv edib. Şəhərin təxminən 500 min sakini təcrid vəziyyətinə düşüb.
Yerli Şəhid Rəcayi limanını İranın "qızıl qapısı" adlandırırlar, çünki sənaye avadanlıqları, tikinti materialları, kənd təsərrüfatı məhsulları, istehlak malları, polad, gübrə və neft məhsulları da daxil olmaqla, İranın ticarət dövriyyəsinin təxminən yarısı buradan keçir.
Bundan əlavə, Bəndər-Abbasda Tehranın Hörmüz boğazına nəzarət etmək imkanının asılı olduğu ölkənin əsas hərbi-dəniz bazası yerləşir. Pentaqonun keçmiş əməkdaşı Maykl Rubin "The Telegraph"a bildirib ki, ABŞ şəhərin təcrid olunmasını Hörmüzdə gəmiçiliyi bərpa etmək üçün yeganə fürsət kimi görür.
"Pentaqonda getdikcə daha çox belə bir fikrə meyl edirlər ki, ABŞ istəsə də, istəməsə də, buna son qoymaq istəyirlərsə, onların başqa seçimi yoxdur", - deyə o qeyd edib.
"The Telegraph" qeyd edir ki, ABŞ-nin mülki infrastruktur obyektlərinə - körpülərə və dəmir yoluna endirdiyi zərbələr, o cümlədən ABŞ tərəfindən də imzalanmış 1949-cu il Cenevrə konvensiyalarının pozulması kimi qiymətləndirilə bilər.
Bu gün səhər tezdən Bəndər-Abbas və Cask şəhərlərinə edilən hücum barədə məlumat yayılıb: İranın "Tasnim" agentliyi Rudana gedən yolun dağıdılması və insan tələfatı barədə məlumat verib. Dünən İran ABŞ-ı Bəndər-Abbas ətrafındakı beş körpünü məhv etməkdə ittiham edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















