Region
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın müvafiq əmrinə əsasən, İrana qarşı icra olunan növbəti genişmiqyaslı zərbələr dalğasının yekunlaşdığını elan edib.
Publika.az xəbər verir ki, artıq səkkizinci gecədir ki, davam edən hərbi əməliyyatlar zamanı Amerika hərbi birləşmələri İranın sahil nəzarət-müşahidə məntəqələri, hava hücumundan müdafiə sistemləri və dəniz infrastrukturunu hədəf alıb. Bununla yanaşı, raketlərin və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar da məhv edilib.
Komandanlıq rəsmiləri bildirirlər ki, bu strateji hücumlar İranın hərbi imkanlarını sistemli şəkildə neytrallaşdırmaq və zəiflətmək məqsədi daşıyır.
Əməliyyatların digər mühüm istiqaməti kimi, iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə qarşı təşkil edilən hücumda birbaşa rolu olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinə sarsıdıcı zərbələr endirilib.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















