Region
Bu ermənilər hakimiyyətə bir həftə vaxt verdilər: Azərbaycanla sərhədə yürüş edəcəklər
İtkin düşmüş hərbçilərin qohumları yenidən Ermənistan hökumət binasının qarşısına toplaşaraq hakimiyyət orqanlarına yaxınlarının taleyi ilə bağlı konkret məlumat vermək üçün bir həftə vaxt verdiklərini elan etdilər.
Publika.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Qukasyanın (itkin düşmüş əsgər Vazgen Rustamyanın əmisi) jurnalistlərə verdiyi məlumata görə, onlar bu qərarı bir neçə ildir problemlərinin həllində heç bir konkret nəticə görmədikləri üçün veriblər. O qeyd edib ki, bu gənclərin taleyi sonsuza qədər qeyri-müəyyən qala bilməz.
“Şənbə günü biz altı il ərzində itkin düşmüş şəxslər məsələsində heç bir müsbət irəliləyiş görmədiyimiz qənaətinə gəldik. Lakin biz onlara ən azı bir neçə müsbət dinamika göstərmək üçün daha bir həftə vaxt veririk”, - deyə Qukasyan bildirib.
O, xəbərdarlıq edib ki, cavab verilməsə, itkin düşmüş şəxslərin qohumları müstəqil hərəkət etmək niyyətindədirlər.
Qukasyanın sözlərinə görə, (1990-cı illərdən bəri) azərbaycanlıların dəfn yerləri haqqında məlumatı olan hər kəs vahid məlumat bazası yaratmaq üçün onların təşəbbüs qrupu ilə əlaqə saxlaya bilər. Misal olaraq, o, Azərbaycan əsgərinin dəfn yerini bilən zabitin hekayəsini göstərib. Qukasyanın sözlərinə görə, Ermənistan hakimiyyətinin bu məlumatı Azərbaycan tərəfinə ötürüb-ötürmədiyini bilmir.
İtkin düşənlərin qohumları Ermənistanla Azərbaycanı ayıran Həkəri körpüsünə getmək niyyətlərini açıqlayıblar.
"Çoxumuzun səhhətində problemlər olsa da, Tex kəndinə maşınla və oradan Həkəri körpüsünə piyada gedəcəyik", - Qukasyan deyib. Rəsmi məlumatlara görə, 1988-ci ildən 2005-ci ilə qədər Ermənistan tərəfində 437 nəfər itkin düşüb, onlardan 224-ü hərbçi, 213-ü isə mülki şəxsdir. 44 günlük müharibə nəticəsində daha 191 nəfər itkin düşmüş hesab olunur.
Müəllif: Tural
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















