Region
Türkiyədə siyasi sistem dəyişir: Ölkə belə idarə olunacaq
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası planlaşdırılan konstitusiya islahatlarının bir hissəsi olaraq respublikanın yarı-prezident idarəetmə formasına keçməsini müzakirə edir.
Publika.az xəbər verir ki, bu barədə "Ekonomim" qəzeti partiya mənbələrinə istinadən məlumat verib.
Partiya hesab edir ki, bu, parlamentin güclənməsinə və hakim partiyanın çoxluğunun təmin olunmasına kömək edəcək. Dəyişikliklər arasında təkmandatlı seçki sisteminə keçid təklif olunur.
Rəsmi Ankara hələlik qəzetin məlumatı ilə bağlı şərh verməyib, lakin “Ekonomim”in məlumatına görə, bu məsələ Türkiyə Demokratiya Fondunun nümayəndələri tərəfindən prezident Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda keçirilən görüşdə qaldırılıb.
Türkiyə 2017-ci ildə keçirilən ümumxalq referendumunda konstitusiya dəyişikliklərinin qəbul edilməsindən sonra 2018-ci ildə parlament idarəetmə sistemindən prezident idarəetmə sisteminə keçib.
Müəllif: Tural
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















