Region
İndoneziya vətəndaşı İrəvanda qəddarlıqla öldürüldü - Detallar bəllidir
İrəvan otelində İndoneziya vətəndaşı vəhşicəsinə qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Cinayətdə onun həmvətənləri ittiham olunurlar.
İyulun 15-də İrəvanın Nork rayonundakı bir otel kompleksində qolları, ayaqları, boynu və ağzı yapışqan lentlə bağlanmış əcnəbinin cəsədinin tapıldığı barədə məlumat yayılıb.
Onun Ermənistanda işləyən 24 yaşlı İT mütəxəssisi Valent Tambuto olduğu müəyyən edildi.
Ermənistan İstintaq Komitəsi bildirib ki, dörd şəxsə qarşı "bir qrup şəxs tərəfindən qətl" maddəsi ilə cinayət işi başlanıb.
İstintaq Komitəsi bildirib ki, "Onlardan üçü həbs edilib, biri saxlanılıb - onun həbsi üçün məhkəməyə ərizə təqdim edilib".
Məlumata görə, onların hamısı İndoneziya vətəndaşlarıdır.
Qurbanın qardaşı Arnold Tambuto İndoneziya mediasına bildirib ki, şübhəli motivlərdən biri maliyyə ilə bağlı olub: şübhəlilər qurbandan borc pul götürüblər. Bundan əlavə, eyni adamlar onu sxemə cəlb etməyə çalışıblar, lakin o, bundan imtina edib.
Müəllif: Tural
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















