Region
Gürcüstandan İrana avtomobil göndərişləri min dəfə artıb - Nə baş verir?
Son altı ayda Gürcüstandan İrana avtomobillərin təkrar ixracının həcmi min dəfə artıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının rəhbəri Aleksey Noniadze “bpn.ge”yə bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin ilk altı ayında Gürcüstan İrana beş minik avtomobili ixrac edib. 2026-cı ilin ilk altı ayında bu rəqəm 1000 dəfə artaraq 5000 nəqliyyat vasitəsinə çatıb.
Noniadze izah edib ki, İranla ticarət artdıqca, Gürcüstan və sənayemiz istənməyən diqqəti cəlb edə bilə:
“Hətta sanksiyalara məruz qala bilmə riski var. Məsələn, İran Qazaxıstan və Qırğızıstanı əvəz edib Gürcüstanın bir nömrəli təkrar ixrac təyinat yerinə çevrilərsə, bu, ölkə üçün müəyyən təhlükə yarada bilər".
O, Gürcüstan avtomobil satıcılarının İran bazarına girmək planlarının olmadığını, lakin İranın maraq göstərdiyini bildirib. Noniadze ölkədə nəqliyyat vasitələrinin çatışmazlığının yaşandığını və bunun Hörmüz boğazındakı münaqişə ilə əlaqəli ola biləcəyini iddia edib.
Eyni zamanda, Avtomobil İdxalçıları Assosiasiyasının rəhbəri İranın uzunmüddətli perspektivdə Gürcüstan üçün etibarlı bazara çevrilə biləcəyinə inanmır.
Müəllif: Tural
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ












.jpg)





.jpg)




.jpg)















