Region
Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
2009-cu ildə helikopter qəzasında həyatını itirən Türkiyənin müxalifətdəki Böyük Birlik Partiyasının (BBP) sədri və deputat Möhsün Yazıçıoğlunun sui-qəsdə qurban getdiyi üzə çıxıb.
Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə “TRT Haber”in canlı yayımında Türkiyənin ədliyyə naziri Akın Gürlek danışıb.
Nazir bildirib ki, helikopter qəzasından əvvəl həmin ərazidən F-4 qırıcı təyyarəsinin keçdiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, hadisənin “Fətullahçı” terror təşkilatı (FETÖ) tərəfindən törədildiyinə dair ciddi dəlillər əldə edilib. Belə ki, həmin qırıcının pilotunun həyat yoldaşının barmaq izləri FETÖ-nün “Türk Silahlı Qüvvələrindəki imamı” kimi tanınan və hazırda axtarışda olan Adil Öksüzün evində tapılıb.
“İstintaq nəticəsində əldə olunmuş dəlillər bu işin FETÖ tərəfindən törədildiyi yönündədir. Yazıçıoğlu FETÖ-nün hədəfində idi”, – A.Gürlek bildirib.
Qeyd edək ki, 2009-cu ilin martında içində M.Yazıçıoğlunun olduğu helikopter Qəhrəmanmaraş vilayətində qəzaya uğrayıb. Partiya sədrinin və həlak olan digər beş nəfərin cəsədi hadisədən 48 saat sonra tapılıb.
Üzərindən 17 il keçdikdən sonra hadisə ilə bağlı araşdırma yenidən başladılıb və aparılan istintaq nəticəsində 19 nəfər saxlanılıb.
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ












.jpg)





.jpg)




.jpg)















