Region
Ermənistanda doğum sayı azaldı
Ermənistanda növbəti dəfə doğum sayı ilə bağlı arzuolunmaz hallar yaşanır.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may ayları arasında Ermənistanda 11.720 uşaq dünyaya gəlib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 331 (2,7%) azdır.
"Bu ilin eyni dövründə 10.493 nəfər ölüb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 708 nəfər azdır. Ölüm nisbəti doğum nisbətindən daha çox azaldığı üçün təbii əhali artımı 850-dən 1227-yə yüksəlib", - "Sputnik Armeniya" yazıb.
2026-cı ilin ilk beş ayında 1 yaşa qədər uşaqlar arasında ölüm nisbəti 101-dən 60-a, 4 yaşa qədər uşaqlar arasında 117-dən 72-yə, ölü doğulanların sayı isə 167-dən 142-yə düşüb.
Ümumi ölümlərin 5486-sı ürək-damar xəstəliklərindən (bütün ölümlərin 52,3%-i) qaynaqlanıb. Bu xəstəliklərdən ölüm halları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,4% azalıb.
Müəllif: Tural
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ












.jpg)





.jpg)




.jpg)















