Region
Paşinyanla Makron sülh prosesini müzakirə etdilər
Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Bildirilib ki, Makron Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə bir daha təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məlumata görə, həmsöhbətlər strateji tərəfdaşlığın gündəliyində duran məsələləri nəzərdən keçiriblər. Həmçinin ikitərəfli münasibətlərin ardıcıl inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı hazır olmaq niyyəti təsdiqlənib.
Qeyd olunub ki, Paşinyan Ermənistanda həyata keçirilən demokratik islahatlara Fransanın göstərdiyi davamlı dəstəyə görə Makrona təşəkkür edib. O, həmçinin ticari-iqtisadi əlaqələrin genişlənməsinin və Ermənistanın ixrac imkanlarının artırılmasının vacibliyini diqqətə çatdırıb.
Söhbət zamanı Ermənistan–Avropa İttifaqı tərəfdaşlığının inkişafı, regional və beynəlxalq gündəlikdə olan məsələlər də atraflı müzakirə olunub.
Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunaraq Cənubi Qafqazda sabit və davamlı sülhün təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















