Region
İran 200-dən çox ABŞ əsgərini öldürüb - SEPAH-dan İDDİA
İran iyulun 8-də ABŞ ilə atəşkəs başa çatdıqdan sonra ölkənin Yaxın Şərqdəki bazalarında 200-dən çox amerikalı hərbçini zərərsizləşdirib.
Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hoseyn Mohebi məlumat verib.
Mohebi iddia edib ki, ABŞ tərəfindən yaralıların sayı bundan da çoxdur. O, ABŞ-ın itkilərlə bağlı məlumatlarını yalan adlandırıb və Vaşinqtona İranın Yaxın Şərqdəki hücuma məruz qalan Amerika bazalarına KİV-i dəvət etməyi təklif edib.
Bundan əvvəl "Axios" portalı yazıb ki, ABŞ Prezidenti iyulun 25-nə keçən gecə təxminən iki həftə davam edən İrana qarşı hava zərbələrinin dayandırılması barədə göstəriş verib. Bu addım Oman nümayəndələrinin Tehranda danışıqlar apardığı vaxt atılıb. Həmin görüş zamanı Hörmüz boğazından gəmiçiliyin mümkün bərpası məsələsində müəyyən nəticələr əldə olunub.
"Axios"un fikrincə, ABŞ-ın İslam Respublikasına zərbələri dayandırması Amerika administrasiyasının diplomatik tənzimləmə üçün şərait yaratmağa hazır olduğundan, həmçinin mövcud hərbi əməliyyatların miqyasının öz effektivlik həddinə çatmasından xəbər verə bilər.
Hüseyn İbadlı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















