Region
İstanbul hava limanı Avropada birinci oldu
Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) 13-19 iyul tarixlərində Avropa hava məkanındakı uçuş intensivliyi, təhlükəsizlik qaydaları, hava yollarının səmərəliliyi və ekoloji təsirləri təhlil edən rəsmi sənəd - Avropa Aviasiya Hesabatını açıqlayıb.
Publika.az Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hesabata görə, Türkiyənin İstanbul hava limanı qeyd edilən dövrdə gündəlik ortalama 1623 uçuş sayı ilə Avropanın ən sıx aviareysi həyata keçirilən hava limanı olub.
İstanbul hava limanından sonra sıralamanı Niderlandın "Amsterdam" (gündəlik 1398 uçuş), Fransanın "Paris Charles de Gaulle" (gündəlik 1395 uçuş), Böyük Britaniyanın "Heathrow" (gündəlik 1331 uçuş) və Almaniyanın "Frankfurt" (gündəlik 1320 uçuş) hava limanları izləyib.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















