Region
İran son məlumatları Pakistana ötürdü - Üç tələb, bir imtina...
İran Pakistan rəsmilərinə ABŞ ilə danışıqlardan çıxmadığını, yalnız onları dayandırdığını bildirib və imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalın məlumat yayıb.
Tehran məsləhətləşmələrin dayandırıldığı mərhələdən bərpa olunmasında təkid edir. İran hakimiyyəti Cenevrə, Doha və ya İslamabadda yeni danışıqlar raundları keçirməyə hazır olduğunu təsdiqləyib. Eyni zamanda, onlar müzakirələrin dəqiq ardıcıllığını müəyyənləşdiriblər: əvvəlcə Hörmüz boğazında gəmiçilik məsələləri, daha sonra dondurulmuş aktivlərin blokdan çıxarılması və yalnız bundan sonra nüvə proqramı.
Həmçinin İran Pakistan tərəfinə Hörmüz boğazında yeni dəhliz yaratmaqdan imtina etdiyini bildirib.
Son məlumatlara görə, Amerika lideri hava hücumundan müdafiə sistemləri üçün raketlərin və digər sursatların tükənən ehtiyatları ilə bağlı narahatlıqlar səbəbindən İrana qarşı hərbi əməliyyatı genişləndirməmək qərarına gəlib. Bununla yanaşı, İran hərbçiləri ABŞ tərəfindən hücumlar güclənəcəyi təqdirdə Bab əl-Məndəb boğazı və Qırmızı dəniz vasitəsilə hərəkəti bloklayacaqları barədə xəbərdarlıq ediblər.
Hüseyn İbadlı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















