Region
Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
Türkiyənin F-16 qırıcıları avqustdan noyabradək Baltikyanı ölkələr üzərində sutka ərzində döyüş növbətçiliyi çəkəcək.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə qırıcıları Estoniyanın Amari aviasiya bazasında yerləşdiriləcək. Kontingentin tərkibinə "Pantera" 181-ci reaktiv eskadrilyasının beş ədəd F-16 qırıcısı və 76 hərbi qulluqçusu daxil olacaq.
"Qırıcılar sutka ərzində döyüş qabiliyyəti vəziyyətində olacaq və hava məkanının pozulmalarına və naməlum hədəflərə cavab verəcəklər", - deyə məlumatda bildirilir.
Nəşrin məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələri NATO-nun "Baltic Air Policing" missiyasına öz töhfəsini verəcək.
Türkiyənin yüksək vəzifəli rəsmisi nəşrə bildirib ki, missiya öz qırıcılarını istismar etməyən Estoniya, Latviya və Litvanın hava məkanını qorumaq üçün xüsusi olaraq yaradılıb.
İyulun 14-də məlumat verilmişdi ki, Latviya üzərində ikinci gün ardıcıl olaraq NATO-nun uzaq məsafədən radar aşketmə təyyarələrinin uçuşları qeydə alınır.
Hüseyn İbadlı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















