Region
Tsarukyandan etiraf: Azərbaycan Ermənistanın boşaltdığı bazarları tutur
Ermənistanda həbsdə olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan ölkə iqtisadiyyatı ilə bağlı narahatlığını ifadə edib.
Publika.az xəbər verir ki, Tsarukyan yaydığı müraciətdə Ermənistan iqtisadiyyatının "Qərbyönlü" və "Rusiyayönlü" kimi bölünməsinin yolverilməz olduğunu bildirib.
O qeyd edib ki, Ermənistan uzun illər formalaşdırdığı ixrac bazarlarını qısa müddətdə itirə bilər. Onun sözlərinə görə, yeni bazarlara çıxış vacib olsa da, köhnə iqtisadi əlaqələri dağıtmadan bunu həyata keçirmək lazımdır.
Erməni siyasətçi bildirib ki, Azərbaycan Ermənistanın tərk etdiyi bazarlara sürətlə daxil olur və bu bazarlar itirildikdən sonra əvvəlki mövqeləri bərpa etmək çox çətin, bəzi hallarda isə mümkünsüz olacaq.
O, həmçinin ölkədə müəssisələrin fəaliyyətinin məhdudlaşdırılmasının minlərlə işçini çətin vəziyyətə saldığını deyərək, Ermənistanın İran-ABŞ qarşıdurması, Rusiya-Ukrayna müharibəsi, iqtisadi risklər və Azərbaycanın artan imkanları fonunda ciddi təhdidlərlə üz-üzə qaldığını iddia edib.
Tsarukyan sonda Ermənistanın mövcud vəziyyətdən çıxması üçün bütün siyasi və ictimai qüvvələrin birgə fəaliyyət göstərməsinin zəruri olduğunu vurğulayıb.
Müəllif: Adəm
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda




























.jpg)



