Region
Sərkisyan Azərbaycanı nümunə göstərdi - Daha təhlükəsiz və firavan yaşayırlar
“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Avrasiya İqtisadi Birliyi (AİB) ilə yaranmış vəziyyəti nizamlamaq üçün bütün mümkün variantları tükədib. Paşinyanın vaxtilə dediyi “AİB yoxdur” fikri reallığa çevrilir, əgər yoxdursa, demək, yoxdur”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan bildirib.
O qeyd edib ki, Nikol Paşinyanın iyulun 6-da Yeketerinburqda Rusiyanın baş naziri Mixail Mişustinlə görüşü və ayın 27-də Prezident Vladimir Putinlə apardığı telefon danışığı da gərginliyi yumşaltmayıb:
“Rusiya Nikol Paşinyanı Ermənistanın baş naziri statusunda tamhüquqlu tərəfdaş kimi qəbul etmir. Putin Ermənistana referendum keçirməyi diktə etməyə çalışır. Güman ki, bu məqsədlə payızda siyasi qüvvələrdən tutmuş kilsə dairələrinə qədər bütün təsir alətlərini fəallaşdıracaq. Əgər bu yolla istədiyi nəticəni əldə etməsə, qışa yaxın etiraz dalğasını gücləndirmək məqsədilə Ermənistana tədarük olunan qazın qiymətini kəskin artıra bilər.
Ermənistan nə etməlidir?
Birincisi, KTMT-dən çıxmalıdır.
İkincisi, birləşmiş hava hücumundan müdafiə sistemindən çıxmalıdır.
Üçüncüsü, sürətləndirilmiş prosedurla 2013-cü ildən yarımçıq qalmış Avropa İttifaqı ilə Azad Ticarət və Assosiasiya Sazişinin imzalanması prosesini bərpa etməlidir.
Sonrakı addımların ardıcıllığı Rusiyanın bu üç addıma verəcəyi reaksiyadan asılı olaraq müəyyənləşdirilməlidir.
Yeri gəlmişkən, nə Gürcüstan, nə də Azərbaycan AİB-in üzvüdür. Üstəlik, Gürcüstanın Rusiya ilə hətta diplomatik münasibətləri də yoxdur. Buna baxmayaraq, Azərbaycan nümunəsində ticari-iqtisadi əlaqələr Ermənistandakından geri qalmır”.
Sərkisyan hesab edir ki, AİB-dən çıxmaq Ermənistanın suveren hüququdur:
“Həm birliyə üzvlük, həm də oradan çıxmaq üçün referendum keçirmək barədə hüquqi baxımdan məcburi tələb yoxdur. AİB-dən çıxdıqdan sonra isə Ermənistanı gözləyən və ona dəstək verməyə hazır olanlar var. Narahat olmayın. Bir məsələ aydındır: Rusiyanın təsir zonasından çıxmış ölkələr bu gün KTMT və AİB-də qalan dövlətlərlə müqayisədə daha demokratik, daha təhlükəsiz və daha firavan həyat yaşayırlar”.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















