Region
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
Türkiyə və İraq regionun müharibə, terrorizm və münaqişələrlə deyil, inkişaf, rifah, sülh və sabitliklə assosiasiya olunması üçün birgə səylər göstərirlər.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraqın Baş naziri Əli əl-Zeydi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə hər zaman qonşu İraqda sabitliyin qorunmasına xüsusi önəm verib. “İki ölkə terrorizmlə mübarizə də daxil olmaqla bir çox məsələlər üzrə sıx dialoq aparır. Biz nəqliyyat və enerji sahələrində əməkdaşlığı prioritet istiqamətlərdən biri hesab edirik”, – deyə o vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Ankara müdafiə sənayesi də daxil olmaqla, ikitərəfli münasibətlərin bütün sahələrində Bağdada hərtərəfli dəstək verməyə hazırdır.
Türkiyə Prezidenti xatırladıb ki, ötən il Türkiyə ilə İraq arasında ticarət dövriyyəsi 17 milyard dollara çatıb. “İnkişaf yolu” nəqliyyat-logistika marşrutunun (İraqın cənubundan Türkiyə sərhədinədək – red.) həyata keçirilməsini xüsusilə vacib hesab edirik”, – deyə o əlavə edib.
Ərdoğan, həmçinin bildirib ki, İraq Türkiyəyə gündəlik 1 milyon barel neft tədarük etməyə hazırdır. O, iki ölkə arasında yeni, genişmiqyaslı enerji sazişinin yaxın vaxtlarda imzalanacağına ümidvar olduğunu ifadə edib.
Türkiyə Prezidenti və İraqın Baş nazirinin iştirakı ilə bir sıra sənədlər imzalanıb. Onların arasında Şimali İraqdakı Kərkük neft yataqlarının işlənməsində iştirak hüququnun "Turkish Petroleum" şirkətinə verilməsinə dair razılaşma da var.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















