Region
Ermənistan parlamentində yeni qadağalar: Mətbuatın işi iflic oldu
"Güclü Ermənistan" blokunun nümayəndəsi Marianna Qəhrəmanyan Ermənistan parlamentində tətbiq edilən yeni qaydaları sərt tənqid edib.
Publika.az xəbər verir ki, o, vitse-spiker Ruben Rubinyanın qanunvericilik orqanı daxilində mətbuatın işini praktik olaraq iflic edən sənədi təsdiqlədiyini bildirib.
Yeni qaydalara əsasən, akkreditə olunmuş jurnalistlər üçün ciddi zonalaşdırma tətbiq olunur: sərbəst hərəkət qadağandır və xüsusi nəzarət zonaları adlanan ərazilərdə istənilən mətbuat işi tamamilə qadağandır.
Artıq komitə iclasları üçün ayrıca siyahılar tərtib ediləcək və bu siyahılar iclas başlamazdan ən azı iki saat əvvəl təqdim edilməlidir. Xüsusilə iclas otağından video çəkilişinin, eləcə də təhlükəsizlik işçilərinin foto və video çəkilişinin qadağan edilməsi qəzəbə səbəb olub.
Qəhramanyan bu məhdudiyyətlərin təhlükəsizliyə heç bir təsiri olmadığını və yalnız məlumatları ictimaiyyətdən gizlətmək məqsədi daşıdığını vurğulayıb. O, bu tədbirlərin jurnalistlərin ictimai maraq doğuran məlumatları toplamaq və yaymaq hüququnu pozduğunu bildirib.
Müəllif: Tural
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















