Region
Bununla Türkiyə iqtisadi inkişafda yeni bir sıçrayışa nail olacaq - Ərdoğan açıqladı
Türkiyə hökuməti ölkəni istehsal, logistika, ticarət, tranzit və texnologiya üzrə regional mərkəzə çevirmək üçün qətiyyətli addımlar atır.
Publika.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.
Türkiyə lideri Ankaranın bölgədəki böhranlara və eskalasiyalara baxmayaraq inkişaf etməkdə davam etdiyini diqqətə çatdırıb: “Xarici sarsıntıların mənfi nəticələrini minimuma endirmək üçün bütün lazımi addımlar atılır”.
Dövlət başçısı “Terrorsuz Türkiyə” təşəbbüsünün məqsədlərinə nail olmağı prioritetlərdən biri adlandırıb. O, “Terrorsuz Türkiyə” təşəbbüsünün məqsədlərinə çatmağı hədəfləyən müvafiq qanun layihəsinin tezliklə parlamentə təqdim olunacağını elan edib.
Onun sözlərinə görə, onilliklər ərzində davam edən terrorizmə qarşı mübarizənin nəticəsində ölkəyə 2,3 trilyon dollar ziyan dəyib.
“Əminəm ki, bu təhlükənin tamamilə aradan qaldırılması ilə Türkiyə iqtisadi inkişafda yeni bir sıçrayışa nail olacaq” - Ərdoğan vurğulayıb.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















