Region
ABŞ İrana hücum etdi: Qeşm adasında xəsarət alanlar var - Yeniləndi
Amerika hərbçiləri İrana növbəti zərbələr seriyasının endirilməsini başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Mərkəzi Komandanlıq dünən ABŞ qüvvələrinə qarşı raket hücumu həyata keçirmək cəhdinə cavab olaraq İrana güclü zərbələr dalğasını başa çatdırıb", - paylaşımda bildirilib.
CENTCOM-un məlumatına görə, Amerika hərbçiləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla obyektini, o cümlədən hərbi komanda məntəqələrini, raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyi yerləri, sahil müşahidə və müdafiə obyektlərini, eləcə də İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) vasitələrini vurub.
***
ABŞ ordusunun Qeşm adasındakı yaşayış məhəlləsinə hücumu nəticəsində dağıntılar altından çıxarılan iki nəfər xəstəxanaya çatdırılıb.
Publika.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hava zərbələrinə məruz qalmış ərazidə xilasetmə işləri aparılır.
Hücum səbəbilə elektrik kəsilsə də Qeşmin elektrik təchizatı artıq bərpa olunub.
Qeyd edək ki, İranın Əhvaz şəhəri və Şadqan şəhəri ətrafındakı ərazilər də bombalanıb.
***
Amerika hərbçiləri İrana növbəti zərbələr seriyasını endirməyə başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ qüvvələri Şərq sahili vaxtı ilə saat 20:00-da (30 iyul Bakı vaxtı ilə 04:00-da - red.) İrana zərbələr endirməyə başlayıb. Zərbələr İranın dünən Yaxın Şərqdə Amerika hərbçilərinə hücum etmək cəhdinə cavab olaraq endirilir", - məlumatda bildirilib.
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO




























.jpg)



