Region
Partlayışlar bu ölkənin paytaxtını LƏRZƏYƏ SALDI
Yəmənin paytaxtı Səna şəhərində, şəhərətrafı ərazilərə endirilən hava zərbələri nəticəsində partlayışlar baş verib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə yerli hakimiyyət orqanlarındakı mənbə məlumat verib.
"Partlayışlar paytaxt Sənanı lərzəyə salıb, güman ki, bu, ətraf ərazilərə edilən hava zərbələrinin nəticəsidir", - agentliyin həmsöhbəti bildirib.
Qeyd edilib ki, Sənadakı partlayışlar şiə "Ənsar Allah" hərəkatının (husilərin) lideri Əbdəl Malik əl-Husinin həftəlik çıxışı ilə üst-üstə düşüb. Husilərin lideri Səudiyyə Ərəbistanına hücum edəcəklərini bəyan edib, çünki bu, Şimali Yəmənin ətrafında quraşdırılmış blokadanı yarıb keçmək üçün məcburi tədbirdir. Hazırda husilər Sənaya nəzarət edirlər.
İyulun 29-da Yəmən husiləri Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat tipli pilotsuz uçuş aparatını vurublar.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















