Region
Əhməd Davudoğlu aktiv siyasətdən gedir - Partiyası isə...
Türkiyənin keçmiş Baş naziri və müxalif "Gələcək Partiyası"nın (Gelecek Partisi) sədri Əhməd Davudoğlu aktiv siyasətdən getmək qərarına gəlib. Onun rəhbərlik etdiyi partiya isə siyasi fəaliyyətini dayandırır.
Publika.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
Bildirilib, Davudoğlu siyasi karyerasını başa vurmaq qərarı verib. Onun 2019-cu ildə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) ayrıldıqdan sonra yaratdığı "Gələcək Partiyası" isə faktiki olaraq müstəqil siyasi layihə kimi fəaliyyətini dayandırır.
Əhməd Davudoğlu 2014–2016-cı illərdə Türkiyənin Baş naziri vəzifəsində çalışıb və Prezident Rəcəb Tayyib Ərdoğanın ən yaxın silahdaşlarından biri hesab olunub. Baş nazir postundan ayrıldıqdan sonra AK Partinin rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən öz siyasi partiyasını yaradıb. Partiya fəaliyyətə başladığı dövrdən hakimiyyətin bir sıra qərarlarını tənqid edirdi.
Türkiyə KİV-i qeyd edir ki, "Gələcək Partiyası" ölkənin siyasi həyatında ciddi nüfuz qazana bilməyib. Son seçkilərdə partiya müxalifət blokunun tərkibində iştirak etsə də, gözlənilən seçici dəstəyini əldə edə bilməyib.
Cumhuriyet qəzetinin məlumatına görə, Davudoğlunun qərarı ölkədəki mövcud siyasi vəziyyətə verdiyi qiymətləndirmə və partiya layihəsinin gələcək inkişaf perspektivlərinin olmaması ilə əlaqədardır.
Davudoğlu Ərdoğanla yollarını ayırdıqdan sonra öz siyasi hərəkatını yaradan AK Partinin keçmiş yüksək vəzifəli nümayəndələrindən biridir. Lakin nə "Gələcək Partiyası", nə də bu qəbildən olan digər siyasi layihələr Türkiyə siyasətində qüvvələr nisbətini ciddi şəkildə dəyişə bilməyib.
Hüseyn İbadlı
-
Magazin223:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
-
İqtisadi gündəm17:26Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb



































