Region
İrəvanda deputatın evində axtarış aparılır
Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları "Güclü Ermənistan" fraksiyasının deputatı Narek Karapetyanın evində axtarış aparırlar.
Publika.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü Marianna Qəhramanyan bildirib.
"Bu səhər tezdən təhlükəsizlik qüvvələri Narek Karapetyanın evinə gəlib. Hazırda axtarış aparırlar", - Qəhramanyan bildirib.
İstintaq Komitəsindən “Sputnik Ermənistan”a verilən məlumata görə, axtarışlar cinayət işi üzrə istintaqın bir hissəsi olaraq aparılır.
Baş Prokurorluq əvvəllər Karapetyana qarşı ictimai cinayət işi qaldırmışdı. İş "Güclü Ermənistan" blokunun liderinin silahdaşı Alik Aleksanyanın həbs olunduğu cinayət işi ilə bağlıdır. Karapetyan 1 milyard dram (2,6 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılıb.
Qeyd etmək lazımdır ki, Aleksanyan külli miqdarda çirkli pulların yuyulmasında və seçicilərə rüşvət verməkdə ittiham olunur. Bu, müstəntiqlərin "Güclü Ermənistan" blokunun tərəfdarlarına ödənişləri seçicilərə rüşvət verməyin mümkün gizli forması kimi nəzərdən keçirdiyi ilk cinayət işi deyil.
İstintaq Komitəsinin məlumatına görə, "Po-svoemu" ictimai təşkilatının təsisçisi və icraçı direktoru Aleksanyan 2025-ci ilin oktyabrından 2026-cı ilin martına qədər “Taşir” Fondundan təxminən 4,4 milyon dollar və 230 min avro hədiyyə və kredit alıb.
Müəllif: Tural
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















