Region
ABŞ 900 kiloqramlıq aviabomba ilə İranda haranı vurub? - Yeni detallar
İranın Keşm adasında yaşayış binasına endirilən zərbə təxminən 900 kiloqram ağırlığında olan ABŞ istehsalı "Mark-84" aviabombası ilə həyata keçirilib.
Publika.az xəbər verir ki, "The New York Times" videoları, fotoşəkilləri və peyk görüntülərini təhlil etdikdən sonra bu qənaətə gəlib.
İran KİV-in məlumatına görə, xilasedicilər dağıntılar altından iki uşağı çıxararaq xəstəxanaya çatdırıblar. Lakin ailə başçısı, onun həyat yoldaşı və iki yaşlı oğlu ölümcül xəsarətlər alaraq həlak olublar.
Qəzet qeyd edir ki, partlayış nəticəsində yaranmış çuxurun ölçüsü və aşkar edilən sursat qalıqları ABŞ ordusunun arsenalında olan ən güclü qeyri-nüvə aviabombalarından biri sayılan "Mark-84" bombasından istifadə olunduğunu göstərir.
Məqalə müəllifləri yazırlar ki, belə güclü sursatın sıx məskunlaşmış ərazidə tətbiqi ABŞ hərbçilərinin hərəkətləri ilə bağlı suallar doğurur. Nəşrin qiymətləndirməsinə görə, partlayış nəticəsində təxminən 20 evə ziyan dəyib, qəlpələr isə onlarla metr məsafəyə yayılıb.
Jurnalistlər dağıdılmış evin yaxınlığında İranın hərbi obyektlərinə rast gəlmədiklərini də bildiriblər.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Tim Hokins hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb. O vurğulayıb ki, "ABŞ hərbçiləri heç vaxt dinc əhalini hədəf almırlar".
İyulun 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında qüvvədə olan atəşkəsin artıq başa çatdığını bəyan edib. O, İran hakimiyyətini "xəstə insanlar" və "cəmiyyətin tör-töküntüsü" adlandırıb, həmçinin onları Yaxın Şərqdə sabitliyin təmin edilməsi naminə aradan qaldırılmalı olan "xərçəng şişi" ilə müqayisə edib. Ağ Ev rəhbəri bundan sonra danışıqları davam etdirməyin mənasını görmədiyini bildirib.
Hüseyn İbadlı
-
Sosial21:00Keçmir nazir VƏFAT ETDİ
-
İKT20:24Daha bir tiktoker həbs edildi
-
Sosial20:12Namik Xıdırovun müşaviri vəzifəsindən AZAD EDİLDİ
-
Hadisə19:30Azərbycanda zəlzələ baş verdi
-
Kriminal19:12"NİDA"çı Bayramın qardaşı anasını buna görə öldürüb - Qonşular DANIŞDI
-
Magazin218:24“Yeşilçam”ın uduzu vəfat etdi
-
Pul18:12Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR
-
Nida Təhlil 16:48Xarici dillərin təsiri fonunda ana dilinin qorunması böyük məsuliyyət tələb edir - Elçin İbrahimov






















.jpg)




.jpg)








